Medianews.az
Gələn bu istiqamətlərə nə qədər pul xərclənəcək? -
1,055 baxış

Gələn bu istiqamətlərə nə qədər pul xərclənəcək? - RƏQƏMLƏR

2026-cı ilin dövlət büdcəsinin layihəsi açıqlanıb. Layihədə 38 milyard 609 milyon manat gəlir, 41 milyard 703,6 milyon manat xərc nəzərdə tutulur.

Medianews.az xəbər verir ki, xərc istiqamətləri belə sıralanır:

müdafiə və milli təhlükəsizlik – 8,7 milyard manat;

iqtisadi fəaliyyət – 7,8 milyard manat;

ümumi dövlət xidmətləri – 5,5 milyard manat;

təhsil – 5 milyard 15,8 milyon manat;

sosial müdafiə və sosial təminat – 4,8 milyard manat;

məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq – 3,3 milyard manat;

səhiyyə – 2 milyard 24,3 milyon manat;

kənd təsərrüfatı – 1,2 milyard manat;

mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət – 631,6 milyon manat;

ətraf mühitin mühafizəsi – 420,1 milyon manat;

mənzil və kommunal təsərrüfatı – 334,4 milyon manat;

əsas bölmələrə aid edilməyən xərclər – 1,7 milyard manat.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun