Medianews.az
Dəhşətli qətl: Yoldaşını
314 baxış

Dəhşətli qətl: Yoldaşını “kislota” ilə ÖLDÜRDÜ

ABŞ-də qadın həyat yoldaşını kimyəvi maddə ilə qətlə yetirib.

Medianews.az xəbər verir ki, hadisə Florida ştatında baş verib.

Avqustun 21-də polis bölməsinə məişət zorakılığı barədə məlumat daxil olub. Hadisə yerində maddənin təsirindən ağır bədən xəsarətləri almış bir kişini aşkar ediblər.

Qurban Robert Hayden idi. Evə girən zaman patrul məmurları onun qışqırtılarını eşidiblər. Xilasediciləri qadın özü çağırıb. O, daha sonra ərini kimyəvi maddə ilə öldürməyə cəhd etdiyini etiraf edib.

Məlum olub ki, O və Hayden 2024-cü ilin avqustunda evləniblər. Hadisə baş verən zaman onlar boşanırdılar. İstintaqın məlumatına görə, qadın əri yatarkən onun üstünə maddəni töküb, daha sonra otağın qapısını taxta və məftillə bağlayıb.

Həkimlər Haydenin həyatını xilas etmək üçün üç gün mübarizə aparsalar da, onu xilas edə bilməyiblər.

Qadın, ağır bədən xəsarəti yetirməkdə və birinci dərəcəli qətldə ittiham olunaraq həbsdədir.

Medianews.az

Bizə qoşulun