Medianews.az
Dəhşət: Göbələk yığırdı,
175 baxış

Dəhşət: Göbələk yığırdı, pələngin qurbanı oldu

65 yaşlı kişi göbələk yığmağa gedib və pələngin qurbanı olub.

Medianews.az xəbər verir ki, bədbəxt hadisə Hindistanda baş verib.

Manqru Lal Sarrat iki yoldaşı ilə meşəyə gedib. Dostlar onsuz kəndə qayıdıblar. Göbələk toplayanların sözlərinə görə, Sarrat pələngin hücumuna məruz qalıb və cəngəlliyə sürüklənib.

Ertəsi gün adamı axtarmağa başlayıblar. Sarrattın parçalanmış qalıqları meşənin dərinliyində tapılıb. Bir pələng onun bədəninin yarısını yemişdi.

Yaxınlıqda yol olmadığı üçün mühafizəçilər qalıqları 15 kilometr aparmalı olublar.

Medianews.az

Bizə qoşulun