Medianews.az
Burun axması bu problemi
118 baxış

Burun axması bu problemi yarada bilər

Kardioloq Mariya Çaykovskaya soyuqdəymənin ürək problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Medianews.az xəbər verir ki, Çaykovskayanın sözlərinə görə, burun iltihabı ürək ritminin tənzimlənməsində iştirak edən azan sinirinin duyğu şaxələrini aktivləşdirir.

Nəticədə, insan ürək döyüntüsündə müvəqqəti pozğunluqlar yaşaya bilər.

Mütəxəssis qeyd edib ki, çoxlu axıntı, şişkinlik, tez-tez burun tıxanması və ya ağızdan nəfəs almağa keçmək nəbzdə qısa pozuntulara, titrəmə hissinə, yüngül taxikardiyaya və ya nəbzin yavaşlamasına səbəb ola bilər".

Çaykovskaya əlavə edib ki, öskürək və allergik rinit də ürək funksiyasını müvəqqəti olaraq poza bilər, lakin bu, normal insan fiziologiyasıdır.

Medianews.az

Bizə qoşulun