“Qırmızı bibər ən çox vitaminə görə rekordçudur”.
Medianews.az xəbər verir ki, bunu dietoloq Kara Lydon deyib.
Diyetoloq Ginger Xaltin qeyd edib ki, rəngindən asılı olmayaraq bütün növ bolqar bibərləri lif, antioksidanlar, C vitamini, A vitamini, eləcə də kalium, kalsium və fosfor ehtiva edir.
Bununla belə, onların yetişmə mərhələsindən asılı olan digər xüsusiyyətləri də var. Məsələn, qidalanma mütəxəssisinə görə, yaşıl bibərlər ən az yetişmiş bibərlərdir. Onlar daha çox xlorofil, daha az karbohidrat və kalori ehtiva edir.
Laydon əlavə edib ki, qırmızı bolqar bibərləri qida dəyəri baxımından rekordçudur. Yetişmə müddəti daha uzun olduğundan, ən yüksək miqdarda antioksidan, eləcə də C və A vitaminləri ehtiva edir.
Medianews.az