Türkiyədə saxlanılan məşhur türkiyəli aktyor, "Kurtlar vadisi", "Adanalı", "Kardeş payı" və "Ben bu cihana sığmazam" kimi seriallardakı rolları ilə tanınan Oktay Kaynarca ilk açıqlamasını verib.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
"Alnım açıq, başım dikdir", - deyə aktyor bildirib.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotiklərə qarşı genişmiqyaslı əməliyyat çərçivəsində Oktay Kaynarca və müğənni Emel Müftüoğlu da daxil olmaqla altı nəfər saxlanılıb.