Medianews.az
“Bir neçə nazirə problemimi demişəm, “imkan yoxdur” deyiblər, özüm-özümdən utanmışam ki....” -
2,159 baxış

“Bir neçə nazirə problemimi demişəm, “imkan yoxdur” deyiblər, özüm-özümdən utanmışam ki....” - Xalq artisti - FOTO+ÖZƏL

“Xalq artisti Ənvər Həsənovun hələ də məzarüstü abidəsinin qoyulmaması problemi ilə aidiyyatı qurumlar, daha dəqiq desək nazirlik məşğul olmalıdır. Ailəsi, siz jurnalistlər nazirliyə müraciət etməlisiniz. Mən bildiyim qədərilə belə sənətkarların sayı çoxdur. Birinin məzar daşı qoyulmayıb, digərinin məzar daşı sökülüb-tökülüb. Aidiyyatı qurumlar bunlarla maraqlanmalıdır. Bu nə teatrın, nə də kinostudiya və kinoittifaqın səlahiyyətində deyil. Bilirsiniz ki, hazırda kino istehsalı da çox zəifdir. Onların da büdcəsi yoxdur”.

Bunu Medianews.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafiq Əzimov bildirib.

Sənətkar bildirib ki, dəfələrlə vəzifəli şəxslərə bu sahədəki çatışmazlıqları bildirib, amma heç bir nəticəsi olmayıb:

“Mənim aləmimdə aidiyyatı qurumların belə bir işə canyandırması mütləq olmalıdır. Deyirsən, sözün yerə düşür, adam öz-özündən utanır. Belə hallarda sonra özümü çox pis hiss edirəm. Elə bir məqam olub ki, bəzi məmurlarla üzbəüz gəlmişəm, xahiş etmişəm, “baxarıq”, “görərik”, “imkan yoxdur” kimi sözlərlə mənə cavab veriblər. Adamın sözünü eşitmirlər. Sözümüz havada qalır. Mən ad çəkmək istəmirəm, bir neçə sənət yoldaşımızın ağır vəziyyəti ilə bağlı elə mən də, Rasim Balayev də, Şəfiqə xanım Məmmədova da aidiyyatı qurumlara müraciət etmişik. Təki nəticəsi olsun. Əvvəl bu cür mövzular kənara çıxmırdı. Nə jurnalist yazırdı, nə efir göstərirdi. Çünki aktyorlara qarşı bu münasibət tamaşaçıların özündə də qıcıq doğururdu. Əvvəl sənətkar, xalq artisti dünyasını dəyişəndə teatrdan götürürdülər. Get-gedə hər şey ucuzlaşdı. Bu belə olmalı deyildi axı. Akyoru sonuncu dəfə səhnədən alqışlarla yola salmaq ənənəsi artıq unudulub”.

Əli Əsgər,

Medianews.az

Bizə qoşulun