Medianews.az
Azərbaycanda mehmanxana biznesinin DOQQUZ AYLIQ GƏLİRİ
945 baxış

Azərbaycanda mehmanxana biznesinin DOQQUZ AYLIQ GƏLİRİ

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan mehmanxanalarında 3 milyon 469,3 min gecələmə keçirilib.

Medianews.az bildirir ki, 3 milyon 469,3 min gecələmənin 58,1 faizi Bakının, 5,8 faizi Qusarın, 5,5 faizi Xaçmazın, 4,9 faizi Naftalanın, 3,8 faizi Qəbələnin, 3,3 faizi Qubanın, 2,9 faizi Lənkəranın, 2,5 faizi Şabranın, 1,5 faizi Şamaxının, 1,2 faizi Qaxın, 1,2 faizi Şuşanın, 1,1 faizi Masallının, 1 faizi Naxçıvan Muxtar Respublikasının, 7,2 faizi başqa şəhər və rayonların payına düşüb.

Rəsmi hesabatda mehmanxanaların doqquz aylıq gəlirləri 494,2 milyon manat göstərilir.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun