Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti - SOCAR dərinliyi 7 kilometri keçəcək qaz quyusu qazmağa hazırlaşır.
Bunu Medianews.az-a Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
O bildirib ki, layihələndirilən qaz quyusunun dərinliyi 7067 metrdir.
İlham Şabanın sözlərinə görə, SOCAR 33 illik tarixində ilk dəfədir bu dərinlikdə qaz quyusu qazmağı planlaşdırır.
Toğrul Əli,
Medianews.az