Medianews.az
AFFA “Qarabağ”ı cərimələdi
72 baxış

AFFA “Qarabağ”ı cərimələdi

AFFA İntizam Komitəsi “Qarabağ”ı cərimələyib.

Medianews.az xəbər verir ki, buna Ağdam klubunun azarkeşlərinin Misli Premyer Liqasının XV turunda “Araz-Naxçıvan”la görüşdə (5:1) pirotexniki vasitədən istifadə etməsi səbəb olub.

“Qarabağ” fanatların davranışına görə 3000 manat cərimə ödəyəcək.

“Araz-Naxçıvan” isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.

Bizə qoşulun