Energetika Nazirliyinin 16 dekabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 63,73 dollara satılır. Bu, büdcədə nəzərdə tutulandan 6,27 dollar aşağı qiymətdir.
Medianews.az bildirir ki, 2025-ci ilin dövlət büdcəsində bir barrel neft 70 dollardan götürülüb, “AzəriLayt” yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, maya 65,13, iyuna 68,82, iyula 72,01, avqusta 72,70, sentyabra 70,54, oktyabra 69,86, noyabra 65,87, dekabra 66,22 dollarla başlayıb.
2026-cı ilin dövlət büdcəsi bir barrel neftin orta illik ixrac qiymətinin 65 dollar olmasına əsaslanır.