Medianews.az
Azərbaycanın xarici ticarəti:
201 baxış

Azərbaycanın xarici ticarəti: 11 ayın statistikası

Dövlət Gömrük Komitəsinin hesabatına görə, Azərbaycan 2025-ci ilin yanvar-noyabr aylarında 177 ölkə ilə ticarət əməliyyatı aparıb, ixrac 23,4 milyard dolları, idxal 21,1 milyard dolları ötüb.

Medianews.az bildirir ki, ticarət tərəfdaşlarının ilk onluğunda İtaliya, Türkiyə, Rusiya, Çin, ABŞ, Almaniya, Böyük Britaniya, Avstraliya, İsveçrə, Çexiya qərar tutub.

Statistikaya əsasən, ixracın 6,95 faizi MDB ölkələrinə, 69,14 faizi Avropa İttifaqı ölkələrinə, 23,91 faizi başqa ölkələrə yönəlib, idxalda MDB-nin payı 24,34 faiz, Avropa İttifaqının payı 11,97 faiz, başqa ölkələrin payı 63,69 faiz olub.

Qonşu ölkələrlə ticarətdə Türkiyə önə çıxıb: 3 milyard 75,8 milyon dollar ixrac, 2,1 milyard dollar idxal.

Rusiya 1 milyard 87,7 milyon dollar ixrac, 3,4 milyard dollar idxal, Gürcüstan 621,3 milyon dollar ixrac, 153,4 milyon dollar idxal, Qazaxıstan 87,2 milyon dollar ixrac, 539,9 milyon dollar idxal, Türkmənistan 58,5 milyon dollar ixrac, 134,5 milyon dollar idxal, İran 9,4 milyon dollar ixrac, 558,7 milyon dollar idxalla göstərilir.

Medianews.az

Bizə qoşulun