Medianews.az
Abbas Abbasovdan sonra növbə kimdədir? –
122 baxış

Abbas Abbasovdan sonra növbə kimdədir? – ŞOK HƏBSLƏR OLACAQ

Xəbər verdiyimiz kimi, sabiq baş nazirin birinci müavini Abbas Abbasov axtarışa verilib.

Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub.

Cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

Qeyd edək ki, A.Abbasov 1992-ci ildən Azərbaycan Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olmuşdur. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiyada yaşamağa başlayıb.

A.Abbasov ötən müddət ərzində müxtəlif qanunsuz yollarla Rusiyada Azərbaycan diaspor strukturlarını ələ keçirib təsir altına salmaq istiqamətində pozucu fəaliyyət aparıb.

2012-ci ildə yaradılmış qalmaqallı, hamının “Milyarderlər İttifaqı” adı ilə tanıdığı Rusiya Azərbaycan Təşkilatları İttifaqının təsisçisi və rəhbəri olub (özünü bu təşkilatın rəsmi təsisçisi kimi qeydiyyatdan keçirməyi də unutmayıb).

Abbas Abbasovun axtarışa verilməsindən sonra növbə kimindir? Bu prosesin davamı nece gedecek. Eyni zamanda bu hadisələr Azərbaycanın istər daxili, istərsə də xarici siyasətinə necə təsir göstərəcək?

Medianews.az xəbər verir ki, məsələ ilə bağlı NOCOMMENT.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı qeyd edib ki, Ramiz Mehdiyevlə bağlı proses getdikcə dərinləşir və artıq ölkə hüdudlarından kənara çıxır:

“Bu istiqamətdə xaricdə də ciddi addımlar atılıb. Hesab edirəm ki, burada əsas yeni ittihamlardan biri Rusiyaya yönəlik dövlətə xəyanət məsələsidir.

Rusiyada yaşayan, vaxtilə — 2012-ci ildə Milyarderlər İttifaqını ya,radan bir şəxsin axtarışa verilməsi gözlənilən idi və demək olar ki, gecikmiş bir qərardır.

Çünki biz hələ 2013-cü il prezident seçkiləri ərəfəsində bu cür iddia və ittihamların şahidi olmuşduq, zaman keçdikcə həmin iddialar öz təsdiqini tapdı. Düşünürəm ki, istər Ramiz Mehdiyev, istər Abbas Abbasov, eləcə də digər həbsdə və ya azadlıqda olan şəxslərlə bağlı verilən bu qərarlar gecikmiş olsa da, istənilən halda olduqca müsbət və əhəmiyyətli addımlardır”.

Abbaslının sözlərinə görə, Abbas Abbasov barəsində bu addım atılıbsa, onun ölkəyə gətirilməsi prosesi də istisna deyil:

“Bu, baş verə bilər. Çünki zaman-zaman Azərbaycanla Rusiya arasında bu tip məsələlərdə müəyyən razılaşmaların şahidi olmuşuq.

Sövdələşmələr dedikdə isə bu, beynəlxalq praktikada tamamilə normal hal sayılır. Bir şəxs barəsində axtarış elan edilirsə və həmin şəxsin yaşadığı ölkə ilə münasibətlər normaldırsa, bu cür hüquqi mexanizmlərin işə düşməsi beynəlxalq qanunvericiliyin tələblərinə uyğundur.

Bütün bunlardan çıxış edərək düşünürəm ki, Abbas Abbasovun Azərbaycana gətirilməsi prosesi ən gec gələn il reallaşa bilər. 2016-cı ildən etibarən rəsmi vəzifədə olmamasına baxmayaraq, vəzifədən uzaqlaşdırıldıqdan sonra Rusiyada olarkən onun Azərbaycana qarşı zaman-zaman fəaliyyət göstərdiyinin şahidi olmuşuq. Bu fəaliyyətin pik nöqtəsi isə 2013-cü il prezident seçkiləri dövründə yaşanıb. Məhz həmin vaxt Azərbaycan hakimiyyətinə müxtəlif yollarla təzyiq göstərmək, eyni zamanda ölkəni birbaşa Rusiyanın nəzarətinə almaq məqsədilə çirkin və iyrənc oyunların oynandığı açıq şəkildə görünürdü və bu proseslərin önündə Abbas Abbasov dayanırdı”.

Şərhçi qeyd edib ki, həmin şəxslərdən biri artıq vəfat edib:

“Böyük ehtimalla, əgər sağ olsaydı, Rüstəm İbrahimbəyov barəsində də analoji qərarların şahidi ola bilərdik

Bildiyiniz kimi, Rüstəm İbrahimbəyov artıq dünyasını dəyişib. O dövrdə Rusiyada bu proseslərdə əsas, kilid rolunu oynayan iki fiqur var idisə, onlardan biri də məhz o idi. Azərbaycan daxilində bu proseslərə dəstək verən şəxslər də hər kəsə məlumdur və onların adlarını ayrıca sadalamağa ehtiyac yoxdur”.

Bizə qoşulun