2025-ci ildə Səudiyyə Ərəbistanı 338 nəfəri edam edərək edamların sayına görə rekord qırıb.
Axar.az xəbər verir ki, bu barədə “Frans-Press” agentliyi məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin əvvəlindən bəri krallıqda ən çox (232 cinayətkar) narkotik qaçaqmalçılığına görə edam həyata keçirilib:
“Səudiyyə Ərəbistanı ardıcıl ikinci ildir ki, edamların sayına görə rekord qırıb. 2024-cü ildə krallıq 338 nəfəri edam edib”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında ölüm hökmlərinin artması 2023-cü ildə başlayan narkotik əleyhinə kampaniyanın gücləndirilməsi ilə əlaqələndirilir. Həmin il krallıq narkotiklə əlaqəli cinayətlərə görə edamları bərpa edib. Səudiyyə Ərəbistanı sintetik narkotik olan kaptaqon üçün ən böyük bazarlardan biri olaraq qalır.