Medianews.az
Azərbaycandan neft alan ölkələr
190 baxış

Azərbaycandan neft alan ölkələr

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan 11,5 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub.

Medianews.az bildirir ki, hesabatı yayan Dövlət Gömrük Komitəsi ixrac ünvanlarını statistik dəyərə görə belə sıralayıb: İtaliya, Çexiya, Xorvatiya, Rumıniya, Almaniya, Portuqaliya, Yunanıstan, Böyük Britaniya, İrlandiya, Tunis, Niderland, Fransa, Hindistan, İsveçrə, Bolqarıstan, Avstriya, Tailand, İndoneziya, Türkiyə, Danimarka, İspaniya, Gürcüstan.

Azərbaycanın 2025-ci il büdcəsində bir barrel neft 70 dollardan götürülüb, “AzəriLayt” markalı Azərbaycan neft yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, maya 65,13, iyuna 68,82, iyula 72,01, avqusta 72,70, sentyabra 70,54, oktyabra 69,86, noyabra 65,87, dekabra 66,22 dollarla başlayıb.

İxracatçıların OPEK+ koalisiyası Azərbaycan üçün xam neftin hasilat normasını 551 min barrel müəyyən edib.

Kondensatla birlikdə neft hasilatı 2008-ci ildə 44,5 milyon ton, 2009-cu ildə 50,4 milyon ton, 2010-cu ildə 50,8 milyon ton, 2011-ci ildə 45,6 milyon ton, 2012-ci ildə 43,4 milyon ton, 2013-cü ildə 43,5 milyon ton, 2014-cü ildə 42 milyon ton, 2015-ci ildə 41,6 milyon ton, 2016-cı ildə 41 milyon ton, 2017-ci ildə 38,7 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2019-cu ildə 37,4 milyon ton, 2020-ci ildə 34,5 milyon ton, 2021-ci ildə 34,6 milyon ton, 2022-ci ildə 32,6 milyon ton, 2023-cü ildə 30,2 milyon ton, 2024-cü ildə 29,1 milyon ton, 2025-ci ilin yanvar-noyabr aylarında 25,3 milyon ton göstərilib.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun