2025-ci ilin yanvar-avqust aylarında Ermənistanda 20 min 437 uşaq doğulub, 17 min 210 nəfər vəfat edib.
Medianews.az xəbər verir ki, hesabatı Ermənistanın Statistika Komitəsi yayıb.
Hesabatda bildirilir ki, 2024-cü ilin eyni dövrünə nəzərən doğumda 6,3 faiz azalma, ölümdə 0,8 faiz artım var.
Səkkiz ayda Ermənistanda 8985 nikahın bağlandığı, 3179 boşanmanın rəsmiləşdiyi vurğulanır, qeyd olunur ki, 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə nikahlar 13,6 faiz azalıb, boşanmalar 4,5 faiz artıb.
Toğrul Əli,
Medianews.az