Medianews.az
Əhalinin sayı 8 milyona enəcək -
85 baxış

Əhalinin sayı 8 milyona enəcək - XƏBƏRDARLIQ

Azərbaycanda ötən illə müqayisədə doğulan uşaqların sayında azalma var. Bu ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 80 min 802 doğulan körpə qeydə alınıb.

Ötən il bu rəqəm 86 min 274 nəfər olub. Beləliklə, doğulan uşaqların sayında 6 minə yaxıb azalma var.

Medianews.az xəbər verir ki, sosioloq Mail Yaqubov mövzu ilə bağlı Modern.az-a açıqlamasında qeyd edib ki, doğumun sayının aşağı düşməsinin birinci səbəbi insanların dünyagörüşünün, həyata baxışının dəyişməsidir. İnsanların düşüncəsində kök salan özü üçün yaşamaq, övladdan – çoxuşaqlılıqdan imtina, “övladım olsa, hər şeylə təmin olunmalıdır” fikirləri burada güclü təsirə malikdir. Cərəyan Avropadan, Rusiyadan ölkəmizə sirayət edib:

“İkinci-zəif səbəb maddi təminat çatışmazlığıdır. Bu, o qədər də tutarlı arqument deyil. Biz müşahidə edirik ki, kifayət qədər imkanlı şəxslər var ki, bir uşaqla kifayətlənib. Varlı ata-ana düşünür ki, həyata uşaq böyütmək üçün gəlməyib. Öz əyləncəsini, öz maraqlarını önə çəkir.

Problemin səbəbi bununla bitmir. Ənənəvi düşüncədə olan valideyn dünyaya gətirdiyi övladın sonuna qədər yanında olur, qayğısına qalır. Hər şeyin ən yaxşısına nail olmasına çalışır. Zamanımızda bu, daha qabarıq xətlə inkişaf edir. Hamı istəyir ki, müasir və dəyərli hesab olunan nə varsa, uşağı ona sahib olsun. Bu fikir valideynləri çox uşaq dünyaya gətirməkdən saxlayır.

Bu da faktdır ki, əvvəllər ailədə bir paltarı bütün uşaqlar geyinirdilər. Yemək çeşidləri bu qədər zəngin deyildi. 60-cı illərin minimalizmi indi yoxdur”.

Sosioloq bildirib ki, fərdlər halından məmnun görünə bilər:

“Amma artımın olmaması cəmiyyət üçün, dövlət üçün ciddi faciədir. 70 ildən sonra Azərbaycan əhalisi 8 milyona düşə bilər. Real və effektli addımlar atılmalıdır. Dövlət 3-cü, 4-cü uşaq üçün böyük pul məbləği ödəməlidir. Əhalinin artımı islamın, mənəvi dəyərlərin təbliği ilə çox əlaqəlidir. Ölkədə həqiqi dəyər təbliğ edən beş nəfər şəxsin adını çəkin. Bu yoxdur. Təəssüf ki, zərərli müasir cərəyanlar klassik görüşə qalib gəlir”.

Sosioloq qeyd edib ki, azalma bütün bölgələrdə və müşahidə olunan haldır və istisna heç nəyi dəyişməyəcək.

Bizə qoşulun