Medianews.az
İstanbul təhlükə ilə üz-üzə -
68 baxış

İstanbul təhlükə ilə üz-üzə - 7 bal gücündə zəlzələ olacaq

İstanbulda güclü zəlzələ riski barədə xəbərdarlıq edilib.

Milli.Az xəbər verir ki, Almaniyanın Potsdam şəhərində yerləşən "GFZ Helmholtz Geofiziki Tədqiqatlar Mərkəzi"nin alimləri İstanbulda güclü zəlzələ riski barədə xəbərdarlıq edilib. "DW Türk"ün məlumatına görə, araşdırmalar İstanbulun cənubunda, xüsusilə Şahzadə Adaları adlanan seqmentində seysmik gərginliyin artdığını göstərir.

Tədqiqatçılar bildirirlər ki, bu bölgə uzun müddətdir seysmik baxımdan "kilidli" vəziyyətdədir və burada 7 bal gücündə zəlzələ ehtimalı yüksəkdir. Alimlərin fikrincə, Mərmərə dənizinin qərb və mərkəzi hissələrində gərginlik qismən boşalsa da, Şahzadə Adaları altında demək olar ki, zəlzələ baş verməməsi təhlükəli enerji yığılmasına işarə edir.

"GFZ"nin mütəxəssisi Patricia Martinez Garzonun rəhbərlik etdiyi tədqiqat qrupu 2007-2025-ci illər arasında baş verən zəlzələləri analiz edib və nəticələri "Science" jurnalında dərc edib. Araşdırmada Şimali Anadolu Fay Xəttinin bu hissəsinin 1766-cı ildən bəri böyük zəlzələ yaşamadığı vurğulanır.

Alimlər xəbərdarlıq edirlər ki, mümkün zəlzələ 6 bal gücündə ön şok və ya daha böyük dağıdıcı zəlzələnin başlanğıcı ola bilər. Xüsusilə sıx əhali və qeyri-təhlükəsiz şəhərsalma səbəbindən İstanbulda belə bir zəlzələnin ciddi itkilərə yol aça biləcəyi qeyd olunur.

Bizə qoşulun