Medianews.az
"NYT": Klintonlar məsuliyyətə cəlb oluna bilərlər
75 baxış

"NYT": Klintonlar məsuliyyətə cəlb oluna bilərlər

Bill və Hillari Klintonlar maliyyəçi Cefri Epşteynin işi üzrə konqresmenlər qarşısında ifadə verməkdən boyun qaçırsalar, ABŞ Konqresinə hörmətsizliyə görə cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Oxu.Az xəbər verir ki, məlumatı "The New York Times" yayıb.

Nəşrin yazdığına görə, Konqresin Nümayəndələr Palatası Klintonlara elə bu həftə - dekabrın 17-18-də və ya 2026-cı ilin yanvarında müvafiq çağırış vərəqəsi ala bilərlər. İmtina edəcəkləri təqdirdə, onlar Konqresə hörmətsizliyə görə cinayət işinə cəlb olunacaqlar.

Xatırladaq ki, avqust ayında da cütlüyə analoji çağırış göndərilib, amma Klintonlar Konqresə gəlməyiblər.

Nəşrin yazdığına görə, belə davam edərsə, onları bir il azadlıqdan məhrumetmə, o cümlədən 100 min dollar cərimə gözləyir.

Dekabrın 10-da Nyu-Yorkun Cənub Dairəsi Epşteyn işi üzrə materialların açıqlanmasına icazə verib. O, 6 iyul 2019-cu ildə Nyu-York hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Prokurorluqdan bildiriblər ki, 2002-2005-ci illər arasında onun Manhettendəki evinə onlarla yetkinlik yaşına çatmayan qızın gətirilməsini təşkil etdiyinə dair dəlillər var. Epşteynin dost və tanışları arasında təkcə ABŞ-də deyil, həm də Klinton və hazırkı ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla bir çox digər ölkələrin vəzifəli şəxslər vardı.

Maliyyəçi 2019-cu ilin avqustunda həbsxana kamerasında intihar edib.

Bizə qoşulun