Medianews.az
Rusiya ordusu BU ŞƏHƏRƏ
120 baxış

Rusiya ordusu BU ŞƏHƏRƏ daxil oldu

Rusiya hərbçilərinin Zaporojye vilayətinin Qulyaypolye şəhərinə cənub-şərq istiqamətindən daxil olduğu bildirilir.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın Bild nəşrinin hərbi icmalçısı Yulian Röpke məlumat yayıb. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri artıq şəhər ərazisində mövqelər tutmağa başlayıb.

Jurnalist həmçinin qeyd edib ki, Rusiya ordusu Qulyaypolyedən təxminən 3 kilometr şimalda yerləşən Varvarovka yaşayış məntəqəsinin cənub hissəsini də nəzarətə götürüb.

Məlumata görə, bölgədə döyüşlər davam edir və vəziyyət gərgin olaraq qalır.

Bizə qoşulun