Yəhudi əsilli milyarder Bill Akman Sidneydə terrorçunu yalın əllə zərərsizləşdirən Əhməd əl-Əhmədə 100 min dollar bağışlayıb.
Axar.az xəbər verir ki, İsrail mətbuatı məlumat yayıb.
Məlumata görə, məbləğ “GoFundMe” ümumi yığım fonduna köçürülüb.
Bununla da Əhməd üçün yığılan ianələrin məbləği 1.2 milyon dolları keçib.
Bildirilib ki, Avstraliya xalqı da hazırda xəstəxanada olan Əhməd əl-Əhməd üçün 1 günə 1 044 897 dollar ianə toplamışdı.
Vəsait onun müalicəsi, xəstəxanadan çıxdıqdan sonra övladları üçün daha təhlükəsiz həyat qurması üçün toplanıb.
Qeyd edək ki, dünən Sidneydə baş verən terror aktı nəticəsində 16 nəfər həlak olmuşdu. Əslən Suriyadan olan Əhməd əl-Əhməd yalın əllə silahlı terrorçulardan birini zərərsizləşdirmiş, özü də iki güllə yarası alaraq xəstəxanaya yerləşdirilmişdi.