Medianews.az
Emin Əmrullayevdən VACİB MESAJ -
114 baxış

Emin Əmrullayevdən VACİB MESAJ - Uşaqlar üçün...

Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi və maliyyələşmə mexanizmləri ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Elm və təhsil naziri Emin Əmrullayev bu sahədə mövcud vəziyyət və çıxış yolları barədə açıqlama verib.

Medianews.az xəbər verir ki, nazir “Real TV”yə müsahibəsində bildirib ki, uşaqların heç olmasa bir il məktəbəqədər hazırlığa cəlb olunması olduqca vacibdir. Onun sözlərinə görə, bu istiqamətdə problemin artıq 85 faizindən çoxu həll edilib, lakin prosesin həm maliyyə, həm də keyfiyyət tərəfləri ciddi şəkildə nəzərdən keçirilməlidir.

Emin Əmrullayev qeyd edib ki, hazırda dövlət bu sahədə əsas pay sahibidir və 100 mindən artıq uşaq dövlət sektorunda məktəbəqədər təhsilə cəlb olunub. Nazir bildirib ki, bir uşağın dövlət büdcəsinə düşən illik xərci təxminən 4 500 manatdır.

“Bütün uşaqların sayını 4 500 manata vurduqda bu, 2 milyard manatdan da yuxarı vəsait edir. Məntiqi olan insan üçün aydındır ki, bu, real rəqəmlər deyil. Yəni məktəbəqədər təhsilin yalnız dövlət tərəfindən maliyyələşdirilməsi real model sayıla bilməz”.

Nazir xarici təcrübəyə də toxunaraq vurğulayıb ki, dünyanın aparıcı ölkələrində məktəbəqədər təhsilin tam şəkildə dövlət tərəfindən maliyyələşdirildiyi modellərə nadir hallarda rast gəlinir.

Onun sözlərinə görə, hazırda bu sahədə bir neçə alternativ həll yolu təklif olunur:

“Bir model icma əsaslı məktəbəqədər təhsildir, digəri isə dövlət-özəl partnyorluğudur”.

Nazirin açıqlamaları məktəbəqədər təhsilin gələcək inkişaf strategiyasında yeni yanaşmaların tətbiq ediləcəyinə işarə edir.

Bizə qoşulun