Medianews.az
Büdcə: gəlir xərci nə qədər üstələyir?
1,153 baxış

Büdcə: gəlir xərci nə qədər üstələyir?

Dövlət Statistika Komitəsinin yanvar-sentyabr ayları üzrə hesabatına görə, Azərbaycanda kənd təsərrüfatı məhsulu 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz artıb, bitkiçilikdə 0,7 faiz geriləmə, heyvandarlıqda 1,1 faiz yüksəliş qeydə alınıb.

Medianews.az xəbər verir ki, nəqliyyat sektorunda yük daşınması üzrə artım 2,5 faiz, sərnişin daşınması üzrə 5,4 faiz göstərilir.

Açıqlamaya əsasən, informasiya və rabitə xidmətlərinin həcmində 6,7 faiz artım rəsmiləşib.

Əhalinin gəlirlərinin nominal ifadədə 7,6 faiz artdığı, dövlət büdcəsinin gəlirlərinin xərcləri 4 milyard 474,2 milyon manat üstələdiyi bildirilir.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun