Rusiya tərəfi “Tramp marşrutu” təşəbbüsünün parametrləri üzrə İrəvanla məsləhətləşmələr aparmağa hazırdır.
Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə IV departamentinin direktoru Mixail Kaluqin "RİA Novosti"yə bildirib.
Onun sözlərinə görə, "Rusiya Dəmir Yollarının törəmə şirkəti olan Cənubi Qafqaz Dəmir Yolları" şirkəti Ermənistanın dəmir yolu şəbəkəsini idarə etmək üçün konsessiyaya malikdir. Region Rusiya dəmir yolu xətlərindən istifadə edir. Marşrut əsasən sərhədçilərimizin məsuliyyət zonasından keçəcək".
Kaluqin Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyünü də xatırladaraq bildirib ki, təşəbbüsün Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir.