Medianews.az
Anar Məmmədxanlı ilə Robert de Nironun Moskvada <span style=color:red>xaş yeməkliyi
179 baxış

Anar Məmmədxanlı ilə Robert de Nironun Moskvada xaş yeməkliyi

Bu həftə Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı, birinci (1995), ikinci (2000) və üçüncü çağırış (2005) Milli Məclisinin deputatı olmuş Anar Məmmədxanlının anım günüdür. Anar Məmmədxanlı 2011-ci il aprelin 23-də 41 yaşında vəfat edib. Medianews.az Anar Məmmədxanlının xatirələrindən bir epizodu yada salır. Anar Məmmədxanlının Robert de Niro ilə bağlı xatirələrindən biri: "Amerikalı kino ulduzu Robert de Niro ilə Moskvada tanış olduq. Gecə dostlarımız içib sərxoş oldu. Robert de Niro ilə mənim vəziyyətim yaxşıydı. Mənə Moskvanı gəzmək istədiyini dedi. Onu şəhərin görməli yerlərinə apardım. Səhərə yaxın dedi ki, sizin ölkədə bu vaxt nə yeyirlər? Cavab verdim ki, xaş. Dedi mən də xaş yemək istəyirəm. Saat 6 olardı, onu Moskvada Qubadan gəlmiş dağ yəhudilərinin işlətdiyi bir restorana apardım. Hamı məni görüb öpüb-qucaqladı ki, xoş gəlmisən. O boyda aktyoru qoyub məni belə qarşılamaqlarına görə bir az utandım. Ağzımı açıb demək istəyirdim ki, bəs bu dahi aktyor Robert de Nirodur, birdən xaş bişirənlərdən biri qayıtdı ki, "fərqi yoxdu kimdi, sənlə gəlibsə o da bizim qardaşımızdı, əyləşin".

Bizə qoşulun