05.01.2025, 12:38
83 baxış
Nailə
Azərbaycanlı hakim 2025-ci ildə ilk təyinatını alıb
Beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov 2025-ci ildə ilk təyinatını alıb.
Medianews.az "Report"-a istinadən xəbər verir ki, o, qadınlar arasında Çempionlar Liqasının qrup mərhələsinin son turunda reallaşacaq Türkiyənin “Əczaçıbaşı” və Fransanın “Levallua” klublarının görüşündə ədaləti qoruyacaq.
Qarşılaşma yanvarın 22-də İstanbulda gerçəkləşəcək. Matçın digər hakimi Tomislav Popoviç (Serbiya) olacaq.