02.01.2025, 07:07
70 baxış
Azad
Ronaldu gələcəyi ilə bağlı QƏRAR VERDİ
Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu gələcəyi ilə bağlı qərar verib.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə Portuqaliyanın mətbuatı məlumat verib.
Qeyd olunur ki, forvard yanvar ayı ərzində klubla bağlı müqavilə məsələsini həll etmək niyyətindədir. Ronaldunun "Ən-Nəsr"lə hazırkı müqaviləsi 2024/25 mövsümünün sonuna qədərdir.
Ronaldu paytaxt klubu ilə çıxış etdiyi 83 matçda 74 qola imza atıb.