Medianews.az
Nazirlikdə yeni təyinat -<span style=color:red> FOTO
77 baxış

Nazirlikdə yeni təyinat - FOTO

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük Təchizat” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub. Medianews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən vəzifəyə Elgün Məhəmmədəlizadə təyin edilib. E.Məhəmmədəlizadə təyinatdan əvvəl “Aqrar Tədarük Təchizat ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. Qeyd edək ki, o, bakalavr və magistr təhsilini BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində “İqtisadi kibernetika” ixtisası üzrə alıb. Almaniyanın Hamburq şəhərində Menecerlərin təkmilləşdirilməsi proqramını bitirib. Təchizat zənciri, tədarük sahəsində 15 ildən yuxarı iş təcrübəsinə malikdir.

Bizə qoşulun