Medianews.az
Mifik tanrının başı tapıldı - <span style=color:red>FOTOLAR
67 baxış

Mifik tanrının başı tapıldı - FOTOLAR

Aydındakı Afrodita məbədinin 50 metr qərbində Böyük Zevsin başı tapılıb. Medianews.az haber.com-a istinadən xəbər verir ki, bu kəşf haqqında Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sosial media hesabında paylaşım edib. Paylaşımda bu ifadələr yer alır: “Əsrlər sonra yenidən gün işığı ilə birləşən mərmər baş Yunan mifologiyasının ən güclü və əhəmiyyətli tanrısı olan Zevsin əzəmətini nümayiş etdirir. Afrodita məbədinin 50 metr qərbində yerləşən bu mühüm əsər saç və saqqalın möhtəşəm işlənməsi ilə diqqət çəkir. Anadolunun zəngin keçmişini gələcək nəsillərə çatdırmaq üçün çalışmalarımız aramsız olaraq davam edəcək”. Nailə QASIMOVA

Bizə qoşulun