17.09.2022, 11:56
97 baxış
Gurban Alakbar
Daha 2 şəhid xəbəri gəldi
Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin daha 2 hərbi qulluqçusu şəhid olub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bununla da, erməni təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan hərbi qulluqçuların sayı 79-a çatıb.