03.09.2022, 08:33
76 baxış
Lamiyə
Uşaqlara işgəncə verən mərkəzlə bağlı DİN-dən AÇIQLAMA
Ötən gün sosial şəbəkələrdə yayılan görüntülərdə özəl loqoped mərkəzində uşaqlara işgəncə verilməsi halı müşahidə olunub. Məsələ ilə bağlı Medianews.az Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb. Qurumun mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev araşdırmaların aparıldığını bildirib: “Paytaxtda reabilitasiya mərkəzində əlil uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub. Araşdırmalar davam etdirilir. Əlavə məlumat veriləcək”. Xəyalə Rəis Medianews.az https://youtu.be/StcuFho-4ug