Yaxud, gübrələnmiş idmançılar
Yapistlərin iqtisadi böhrandan çıxmaq üçün guya qeyri-neft sektorunu, özəlliklə kənd təsərrüfatını dirçəltmək şoularını yaxından izləyirik. Burada bir maraqlı tendensiya var: torpağı, mülkiyyəti kəndlinin əlindən almaq, inhisarçı məmurlara, onların ailə üzvlərinə məxsus şirkətlərin tabeliyində birləşdirmək.
Nəticədə konqlomerat, əcaib, nəhəng strukturlar yaradılır, bunlar isə dünya bazarında gedən proseslər cəhənnəm, heç ölkə daxilindəki dəyişikliklərə çevik reaksiya verə bilmirlər. Misal üçün, ölkəyə un, taxıl gətirilməsindən tutmuş broyler toyuğu istehsalına qədər hər şey bir şirkətin əlindədirsə, o şirkət bazara necə reaksiya versin? Arxayın şəkildə uzanıb respublikanın bir böyrünə, xımır-xımır özü üçün sökür. Ta qiymətlər kəlləçarxa qalxana qədər. Hərə bir yandan çırpışdırıb obyektləri böyrü üstdə qoyana qədər.
Özü də dərd ondadır ki, bu prosesləri biz bir dəfə yaşamışıq, indi təzədən başımıza gətirirlər. Sovet iqtisadiyyatını eynilə tətbiq edirlər. Görünür keçmiş komsomolçu və kommunistlərdən ibarət, maskalanmış yapistlər başqa üsul bilmirlər. Yadınızdadırsa, sovet vaxtı kənd təsərrüfatında əsasən iki tip müəssisələr yaradılmışdı: kolxozlar və sovxozlar. Kolxozlar formal olaraq kəndlilərin guya birləşib yaratdığı, dövlətdən asılı olmayan kollektiv təsərrüfatlar idisə, sovxozlar daha əndrəbadi quruluş idi. Bu, rusca “sovetskoe xozyaystva” sözlərinin ilk hecalarından düzəldilən “sovxoz” tipli obyektlərdə çalışanlar üçün gübrəni, yanacağı, maşın-texnikanı və sairəni dövlət verirdi, axırda isə məhsulu elə dövlət satın alırdı, sovxoz üzvlərinə maaş vermək yolu ilə. (Kolxozlarda daha soyğunçu təsərrüfat forması vardı, orda kəndlilər, bəlkə görməyənlər inanmaz, bəzən ümumiyyətlə pulsuz işlədilirdi!). İndi yapistlərin kənddə qurduqları təsərrüfatlar bu baxımdan sırf sovxoz adlandırıla bilər.
“Əmək ordeni”, bunun 1-ci, 2-ci, 3-cü dərəcələrinin müəyyən edilməsi haqda keçən həftə deputatxanada qaldırılan məsələ də bu sovet təsərrüfatının bərpası əhvalatından doğur. Kəndli, fermer normal məhsul istehsal edib, yaxşı dolana bilsə, hansısa dəmir-dümür medal onun nəyinə gərəkdir? Deməli, dolanışıq əvəzinə insanlara şirniquş təklifi geri qayıdır. İspan konkistadorlar astek qəbilələrinə ucuz muncuqlar verib qızılları əllərindən aldıqları kimi, yapistlər də Azərbaycan kəndlilərini medal və ordenlərlə şirnikləndirib, dərilərinə saman təpmək fikrindədir.
Sözgəlişi, dünya praktikasında kənd təsərrüfatını bu cür “dirçəltmək” artıq heç kəsin ağlına gəlmir. ABŞ boyda dövlətin cəmi 2 faiz əhalisi bizim anladığımız mənada kəndli sayılır, ancaq bu 2 faiz nəinki 324 milyon yerli əhalini zəruri ərzaqla təmin edir, üstəlik dünyaya da satırlar. Səbəb isə sovxoz-kolxoz quruluşundan uzaq durmaq, özəl təsərrüfatlara, fermerlərə azad bazar şəraitini təmin etməkdir.
Sovet vaxtı cürbəcür uydurma, saxta əmək qəhrəmanları vardı, biz onların bu adı necə aldığını əyani görürdük. Bütün kəndin əziyyət çəkib yığdığı pambığı bir nəfərin adına kitab-dəftərə salanda adam olurdu “qəhrəman pambıqçı”. Üzümçülük, maldarlıq, qoyunçuluq da eləcə.
Sonda bir “əmək qəhrəmanımız” haqda. Güləşçi Vitali Rəhimovun 2008 Pekin olimpiadasında aldığı medalın dopinq səbəbiylə ləğvindən sonra ona verilən pul da gündəmə gəldi. Adam, zarafat deyil, məşqçisi ilə birlikdə 300 min manata yaxın mükafat almışdı. Bu pullar isə prezidentin ehtiyat fondundan, yəni dövlət büdcəsindən verilmişdi. İndi idman naziri Azad əkə deyir ki, mənim yadımdadır, Vitali əziyyət çəkmişdi, nə olsun BOK medalı geri istəyir, biz pulu geri istəmirik.
Əcəb işdir. Başqa sahədə kimsə dövlətin 300 manatını yesə, haqqında cinayət işi açırlar, idmançılara isə istənilən yeyinti, indiki halda 300 min manat halal edilir. Hamı qanun qarşısında bərabər olmalıdır, əks halda dövlət dağılır.
22.11.2016, 09:08
517 baxış
Zamin Hacı
Sovxozun bərpası