Medianews.az
Bakının bu qəsəbəsində ət ucuzlaşdı -
65 baxış

Bakının bu qəsəbəsində ət ucuzlaşdı - QİYMƏT

Bakının Ramana qəsəbəsində ətin qiyməti ucuzlaşıb. Ötən günlərlə müqayisədə dana, quzu və qoç ətinin qiymətində 2-3 manat fərq müşahidə edilir.

Yenisabah.az xəbər verir ki, Yeni Ramananın inzibati ərazi bölgüsünə daxil ola "Şuşa" səhərciyində bu gündən başlayaraq, müştərilərə daha ucuz qiymətə ət təklif olunur. Hazırda şəhərcikdə 1 kiloqram dana əti 15, qoç əti 15.50, quzu əti isə 18 manata satılır. Ötən gün dana ətinin qiyməti 17 manat olub. Quzu ətinin bir kiloqramı isə 21 manatdan satılıb.

Qəssablar müxbirimizlə söhbət zamanı ətin qiymətinin ucuzlaşmasını kəsimlə bağlı məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqələndiriblər. Onların sözlərinə görə, bazara xeyli sayda iribuynuzlu və xırdabuynuzlu heyvan daxil olduğu üçün qiymətdə azalma baş verib.

Bizə qoşulun