“Ah! Biz yorulmazlar necə xoşbəxtik əldən düşmüşlərin arasında; əldən düşmüşlərin arasında yaşayırıq biz yorulmazlar.
Ah! Biz necə xoşbəxtik, heç nəyimiz olmasa da. İşıqlı tanrılar kimi özümüzü sevinclə doyuracağıq".
(Budda)
Qobustan rayonunda bir kişi yaşayır, 24 ildir Azərbaycan vətəndaşlığı ala bilmir. Gürcüstanda doğulduğu üçün. Ancaq bu illərdə ailə qurub, iki uşağı doğulub, hətta şanlı hökumətimiz fürsətdən istifadə edib onu əsgərliyə də aparıbdır. Sözgəlişi, vətəndaşlıq olmadığından nikah sənədi də yoxdur.
Vətəndaşlığı olmayan adamı zorla vətənə xidmətə aparmaq yəqin ancaq bizdə mümkündür. İstəsən, buna romantik-sentimental izahat vermək də mümkündür: “Vətən məhəbbəti sənədlə olmur, ürəklə olur!” Düşmən isə qorxu içində yaşayacaq, daim düşünəcək: “Azərbaycanda bir hərbi hissə var, ora toplaşanların heç pasportu yoxdur, ruh kimi, ninza kimi, nə bilim, kamikadze kimi adamlardır. Çalışın onlara rast gəlməyin. Bir pasport əldə etmək üçün adamı tikə-tikə doğrayarlar”.
Belə faktlara jurnalist təcrübəmdə çox rast gəlmişəm, əsasən də Gürcüstan azərbaycanlılarına vətəndaşlıq sənədi verməyən hökumət onları rahatca basıb əsgərliyə aparır. Analoqu olmayan ölkədir, nə deyə bilərsən. Ona qalsa prezident və deputat olmaq da bu ölkədə 18 yaşdan sonra mümkündür, ancaq avtobus və trolleybus sürmək üçün gərək 21 yaşı keçəsən. Avtobus sürmək Azərbaycanı idarə eləməkdən asandır. Prinsipcə, mən bununla razıyam. Bu qədər problemin içində biz yaşayırıqsa, nəslimiz artırsa, deməli, nəsə sirli bir materialımız vardır. Həyatın sirrini çözmüşük (Epiqraf verdiyim sözləri təzədən oxuyun).
Elə o əslən gürcüstanlı qardaşın özünə əl qatıb Azərbaycan vətəndaşlığı davası eləməsi də unikal bir şeydir. Gürcüstanın Avropa Birliyi ilə vizası tam aradan qalxmaq üzrədir, ölkə artıq sivil bir siyasi, iqtisadi sistemə oturub (müxalifət parlament seçkisində 30 faizə yaxın rəsmi səs alır - biz bunu ancaq yuxuda görə bilərik), belə yerdə doğulmaq özü şansdırsa, sən korrupsiya içində üzən, gələcəyi qaranlıq Azərbaycanın pasportunu niyə istəyirsən? Gəl indi başa düş.
İqtisadi çətinliklər başlayandan dələduzluq, fırıldaq da artıb, o üzdən mən artıq dələduzluq haqda kriminal xəbərləri heç oxumuram. Ancaq dünən bu temada bir xəbər diqqətimi çəkdi, çünki jurnalist çox hiyləgər başlıq qoymuşdu: “Azərbaycanda misli görünməmiş dələduzluq...” Məhz bu başlığa görə oxudum ki, görəsən hansı yeni dələduzluq etmişik, novatorluq nədən ibarətdir. Yenilik görmədim, bir az miqyas böyük görünürdü, o da nisbidir, çünki siyasi sistem bənzərini ondan böyük miqyasda edir.
Cinayətin qısa məzmununu yazım: bir neçə lotu birləşib mühafizə xidməti şirkətləri qayırıblar, bunlara isə “General”, “Azər”, “Qala” adları qoyublar. Adamlardan minlərlə dollar depozitə pul alıb guya onları mühafizə xidmətində işə düzəldirmişlər. Sonra adamların öz pullarından bir neçə ay maaş da verib baş aldadırmışlar.
İlk növbədə, seçilən adlar əladır. Bu dələduz zəhmətkeşlərimiz trendi, bazarı düzgün qiymətləndiriblər. Hərbi-polis sistemində bundan cəlbedici adlar olmazdı. Azər ölkəsi generalların qalası deyilmi? Kim bu qalalara yaxın dura bilər? Hətta ən ölü nazirin villasını çəkmək istəyən jurnalistləri tutub döyürlər.
Ancaq bu, texniki baxımdan da “misli görünməmiş” sayılmaz. Misli görünüb, sadəcə, millət unutqandır. Bu, tipik maliyyə piramidasıdır. “Vahidbank”ın mühafizə şirkəti formasıdır. Bir ara uca millətimizə lotular hətta muncuq düzdürmüşdülər, nə qoyub nə axtarırıq? Təbii ki, bir gün piramidanın təpəsində uçqun yaranır, şirkət çökür. Orta məktəbdə elementar riyaziyyat keçənlər bu cür maliyyə piramidalarının qurulma mexanizmini yaxşı bilirlər. Bu tələyə düşənlər isə riyaziyyat “professoru” Misir müəllimin təhsil naziri işlədiyi dönəmində məktəb oxuyublar, qınamaq olmaz.
18.10.2016, 06:45
287 baxış
Zamin Hacı
Qala mühafizəsi generalları