Ölkə rəhbərliyi qəfil üzləşdiyi ekonomik böhrandan qurtulmaq üçün çabalayır, ya da Anadolu türkləri demişkən, “çaba göstərir”. Bunu qiymətləndirmək lazımdır. Onlar heç olmazsa əllərində olan ölkənin qədrini bilirlər. Azərbaycan xalqı üçün burada öyrəniləsi hikmət çoxdur.
Misal üçün, son vaxtlar dayanmadan bölgələri gəzirlər, müxtəlif yeni və köhnə sahələri canlandırmaq istəyirlər. Ən azı xalqın başını nə iləsə qatmaq lazım olduğunu gözəl anlayırlar. Yeri gəlmişkən, bir ara bölgələrdə camaat aclıqdan-zaddan şikayətlənirdi, məşhur deputatın “soğan əkin” təklifi verdiyi dönəmi nəzərdə tuturam - bax, o zaman yapistlər uca millətimizi hər kəsdən yaxşı başa düşdüklərini nümayiş etdirdilər. Necə? Çox sadə. Adamları polislə döyüb qovmaq yerinə hər ailədən polisə bir nəfəri işə düzəltdilər! Adını da qoydular ki, guya bu, ictimai köməkçilərdir. Ayda 300-400 manat maaşla hər belə gənc bütöv tayfasını, nəslini nəzarətə götürdü, hamını aldı öz pəncəsinin altına. Həmin gəncləri rayon-rayon gəzib, toplayıb, əzələlərini-filanı əlləşdirib seçdilər, üstəlik, bəyan elədilər: “Özünü bu işdə yaxşı göstərəni sabah polisin özündə işlə təmin edəcəyik!”. Vəssalam. Ta insana nə lazımdır? Uzun ömür, can sağlığı. Müxalifət isə hələ bir-birinin əvəzinə mitinq günləri seçməklə məşğuldur.
Bu günlərdə Mingəçevir Sənaye Parkı tədbirləri keçirildi, orda bəyan edildi ki, dirçəldilməsinə böyük ehtiyac duyulan sahələrimizdən biri dəri emalıdır. Sitat: “Biz əksər hallarda dəridən çox səmərəsiz istifadə edirik. Demək olar ki, ya xammal kimi xarici ölkələrə aşağı qiymətlə satılır, ya da ki, məhv edilir, yandırılır və beləliklə, biz böyük gəlir itiririk”.
Həqiqətən, bu qədər camaatın dərisi soyulur, ancaq istifadə edilmir. Azərbaycan xalqının dərisindən ayaqqabı, çanta, çamadan, qayış və sairə istehsalında yararlanmaq olmazmı? Bəzən də görürsən məmurlar millətin dərisini soyur, içinə saman təpib müqəvva şəklində yararlanır. Televizoru açırsan, müqəvva göstərirlər. Qəzetə baxırsan, müqəvva yazı yazıb. Küçəyə çıxırsan, görürsən müqəvva çıxış edib həyatımızın necə ətli-canlı, diri olmasından danışır. Halbuki, bu tiplərin dərisindən ayaqqabı düzəltsən, bəşəriyyətə bəlkə daha çox fayda verər. (Bunu ironiya üçün yazdım, sonra deməsinlər müəllif hitlerçidir).
Ümumiyyətlə, müdriklər deyiblər ki, istənilən xalqın yeyiləsi iki hissəsi olur: bir dərisi, bir gerisi. Geri deyəndə burada zəngin tarixi keçmiş nəzərdə tutulur. Yaxşı yadıma düşdü, bu yaxınlarda Şəmkir rayonu ərazisində hansısa qədim yaşayış məskənimiz, saray sütunlarının altlığı-zad tapıldı. Fikir versəniz, Azərbaycan ərazisində hər zaman qədim sarayların ancaq daş sütun altlıqları tapılır. (Bir neçəsi Tarix Muzeyində də göstərilir). Sütun özü isə yoxdur. Bəziləri deyir ki, bu saraylar, sütunlar ağacdan olub, ona görə altlıq qalıb, sütun və divarlar özü isə yoxdur. Mən bu izahla razı deyiləm. Fikrimcə, həmin sütunları uca millətimiz söküb daşıyıb, özünə daxma, tualet, qoyun damı, hasar-zad qayıranda yararlanıb.
Harda qalmışdıq? Hə, yeni istehsal sahələrinin açılışından bəhs edirdik. Təzə bir qərar da verilib, ümumən Azərbaycanda istehsal olunan nə varsa hamısının “adı, familiyası” bir mənbəyə, internet resursuna toplanacaqdır. Həmin saytda malı qayıran firma, malın özü haqda bütün informasiya olacaq, nəticədə investorlar biləcəklər kimdən nə almaq olar, hara nə qoymaq olar.
Yaxşı haldır. Əslində sivil dünyada özünə hörmət qoyan hər firmanın internetdə geniş məlumat bazası var. Bizdə isə bir-iki il qabaq, ofşor sənədləri üzə çıxanda elə dövlət rəhbərliyi özü təzə qanun çıxardıb firmalar haqda məlumatı dövlət sirri elan elədi. Hazırda sən istəsən belə ölkədə hansısa firmanın, malın yiyəsi kimdir, bunu öyrənə bilməzsən. Bəs onda bu yeni qərar nədir? Qanunu pozmaq.
Dərini soyanda gərək diqqətli olasan, quyruğa çatanda bıçaq sınmasın.
23.09.2016, 09:01
265 baxış
Zamin Hacı
Dəri məsələsi