Ermənistan əhalisinin 76%-i (!) kasıblıq həddində yaşayır. Bunu biz yox, Dünya Bankının hesablamaları deyir. Qurumun dəyərləndirməsinə görə, işğalçı ölkənin əhalisi gündə 5 dollardan da az xərcləyir ki, bu da kasıbçılıq həddi sayılır.
Ermənistan hökuməti isə rəqəmin 30% olduğunu iddia edir. Hətta 30% də böyük rəqəmdir, hərçənd biz təbii ki, nüfuzlu beynəlxalq maliyyə qurumunun sənədini mötəbər saymalıyıq...
Ermənilərin belə acınacaqlı durumunun baş səbəbi şəksiz ki, Qarabağa görə işğalçı ölkənin Azərbaycan və Türkiyə ilə apardığı düşmənçilik siyasəti, bu iki dövlətə qarşı ərazi iddiasından dolayı illərdir yaşadığı izolyasiya durumudur. Nə qazandı erməni xalqı bu münaqişə ilə, əsassız ərazi iddiaları ilə?
Ancaq səfalət, didərginlik, miskin həyat, qonşu və uzaq ölkələrə səpələnmək taleyi, böyük regional layihələrdən və inteqrasiyadan kənarda saxlanmaq, iqtisadiyyatın rüşeym halında qalması, suverenliyi bütünlüklə tirib Rusiyanın vassalına və marionetinə çevrilmək kimi acı və perspektivsiz bir aqibət.
Vassalın isə ağa yanında xətir-hörməti, nüfuzu olmaz, sözü keçməz - müti olduğu üçün. 4 günlük müharibədə ermənilər buna bir daha əmin oldular - Rusiya onların məğlubiyyətini seyr eləməklə kifayətləndi! İndi Kremlə qarşı etirazlar olsa da, Rusiya yenə əndişədə deyil. Düz edir, çünki bilir ki, əhalisinin 76%-i dilənçi kökündə, acından ölən cırtdan Ermənistan onun regiondakı maraqlarına təhlükə kəsb edə bilməz, qışqırıb-qışqırıb axırda sakitləşəcəklər.
Gerçəkdən də, işğalçının indiki hikkələri fonunda ayrı məqbul yolu yoxdur. Ayrı yol - Rusiyanın Ermənistanın arxasından tamamilə çəkilməsidir ki, bu, ona baha başa gələ bilər: o halda nəinki Dağlıq Qarabağ əldən çıxar, üstəlik, Ermənistan adlı qondarma dövlətin varlığı sual altına düşər...
Hərçənd, yaxşı ki, az sayda da olsa, Ermənistanda realist düşüncəli adamlar var və belə bir fəlakətli sonluğu görə bilirlər. Ona görə “yaxşı ki”, onlar heç olmasa, Ermənistan adında dövlətin qalması üçün Qarabağ məsələsində güzəştin vacibliyini anlayırlar.
“Ermənistan iqtisadi cəhətdən Azərbaycandan geri qalır və onun inkişafını izləyə bilmir. Buna görə biz Qarabağ məsələsində təcili olaraq güzəştə getməliyik. Nə qədər gec deyil, daha az itki ilə bu prosesi başa çatdırmalıyıq”. Bunu tanınmış erməni siyasi şərhçilərindən biri - Yeqiazar Ayntabsi srağagünkü şərhində yazıb. Bir başqa tanınmış politoloq İqor Muradyan isə hesab edir ki, “DQR” adlı erməni dövləti xülyasından qurtarmaq zamanıdır.
Doğrudan da əhalisinin 3/4-ü acından ölən, iqtisadiyyatı dağılan, özü isə sürətlə boşalan və 4 günlük müharibədən sonra bir az da sürətlə boşalacaq, ordusuna çağırışçı tapmayıb qızları səfərbər edən, xarici sərhədlərini belə rusların qoruduğu Ermənistanmı Azərbaycanla müharibə aparacaq - əgər Rusiya da işğalçının yerinə savaşmaq niyyətində deyilsə? Bu ki, özünə qəsd, siyasi suisid olar.
Qalır bu sadə həqiqətin ermənilər tərəfindən kütləvi dərki. Vaxt gedir. Azərbaycan ordusunun blits-zəfərindən və qulaqburmasından sonra zaman artıq onlara işləmir. İndi ermənilərin önündə iki yol, bir seçim var - ya vassalı olduğu Rusiya ilə birgə cəhənnəmə doğru inamla addımlamaq, ya da nə qədər gec deyil, ikinci erməni dövləti xülyasından əl çəkib, öz əsas qonşuları ilə anlaşmaq, iki əsrlik ədavətə son verib ağla gəlmək.
Ancaq bundan ötrü ən əvvəl erməni rəhbərlərinin, separatçı liderlərin ağla gəlməsi lazım. Gələcəklərmi? Gəlməsələr, Azərbaycan ordusu gətirəcək...
20.04.2016, 07:05
201 baxış
Zahid Səfəroğlu
Gəlməsələr, gətirəcəyik!..