Yaxud “Pis mollaya görə məsciddən küsməzlər!..”
Siyasətdə çılğınlıq ən çox onun yiyəsinə ziyan gətirir. Əgər bu çılğınlıq üstəlik, ölkənin birinci şəxsi tərəfindən, dövlət adına edilirsə, onda bədəli ikiqat-üçqat böyüyür və altını da ən çox toplum, xalq, hətta bütöv bir region çəkir.
Uzağa getməyək. Rusiya prezidenti Vladimir Putin “Su 24” insidentinə görə emosionallıq edib Türkiyənin ünvanına asıb-kəsməklə nəyı nail oldu?Heç nəyə.Bununla Rusiyanın dünyadakı imici yaxşılaşdımı və ya möhkənmləndimi, rus xalqı hansısaəlavə siyasi, iqtisadi qazanc necə, götürdümü? Daha yaxşı və firavan həyata qovuşdumu?
Əsla. Tam əksinə. İndi də Kreml düşdüyü bataqlıqdan qurtulmaq üçün yol axtarır. O bataqlıq fiziki gözlə aydın görünürkən nədən ora girildi bəs?
Bu, əlbəttə ki, Rusiya tərəfdən uzaqgörən, müdrik siyasət sayıla bilməz. Ən əvvəl o səbəbə ki, Kreml başçısı ölkəsini böyür-başda, dünyada bunca dövlətlə düşmən edirkən, beynəlxalq sanksiyaların hədəfinə gətirirkən yeganə və sanballı tərəfdaşı olan NATO üzvü Türkiyəyə münasibətdə gərək yüz ölçüb-bir biçəydi.
Hər halda Azərbaycanın da beş aydır altını çəkdiyi bu səhv Ərdoğanın deyil. Türkiyə prezidenti belə yanlışlığa yol verməyib. Ərdoğan İsraildən “Mavi Mərmərə” faciəsinə görə dövlət adına üzrxahlıq tələb elədi və istəyinə nail oldu. Amma Putin analoji tələb qoyanda bilməli idi ki, hansı dövlətin qarşısında və niyə qoyur? Bilməli idi ki, bu, Türkiyə üçün qürur məsələsidir və o, buna getməyəcək, ələlxüsus da o səbəbə ki, təyyarə qardaş ölkənin səmasında vurulub.
Ankaranın bu vəziyyətdə ən böyük üzrxahlığı insidentə görə təəssüf hissi keçirməsi, üzülməsi ola bilərdi ki, bunu da Türkiyə rəsmiləri artıq ediblər və yeri gələndə yenə edirlər...
***
Azərbaycana da belə yanlış və “atüstü” siyasətin doğurduğu ibrət dərslərindən pay düşür. Ötən il qəzəblənib Avropa Birliyinin qurumu olan “Avronest” Parlament Assambleyasındançıxmağımız məhz eyni qəbildən - yanlış idi. Dövlət, millət olaraq bundan heç bir şey qazanmadıq. Yenə əksinə, artıq aydın olur ki, yerimizin boş qalmasındanməharətlə istifadə edən ermənilər Azərbaycan əleyhinə daha güclü təbliğat aparıblar və müəyyən nəticəyə nail da olublar.
Necə deyərlər, “Müqəddəs yer boş qalmır”. Yaxşı ki, Azərbaycanda bu qərarın yanlış olduğunu anlayan deputatlar var. “Ona görə də Milli Məclisin keçən il “Avronest”lə bağlı verdiyi qərarı üzərində bir müzakirə aparılmağına dəyər. Biz hər yerdə olmağa çalışmalıyıq” deyən deputat Fazil Mustafa yüz faiz haqlıdır.
Əlbəttə ki, biz hər yerdə olmalıyıq, xüsusən də mənfur ermənilərinkök saldığı məkanlarda, ünvanlarda - onların təxribatçı fəaliyyətlərini önləmək, neytrallaşdırmaq, üçün. Ümid edək ki, nə qədər gec deyil, səhv düzəldiləcək və Azərbaycan itirilmiş tribunanı özünə qaytaracaq. Yoxsa ki, eyni məntiqlə, Avropa Şurasından, ATƏT-i də etiraz olaraq tərk edə bilərik, bundan kimin uduzacağı aydın deyil bəyəm? “Pis mollaya görə məsciddən küsmürlər ki...”
Adama daha çox yer edən isədaima nazını çəkdiyimiz qonşu Gürcüstanın deputatlarının“Avronest”dəözlərini ləyaqətli, Azərbaycana layiq aparmamasıdır. Erməni deputatların felinə gedərək, Azərbaycanın ərazi bütövlüyü məsələsində prinsipiallıq göstərməməsidir. Doğrudan da,çörəyimizin duzu yox imiş.
Amma günah təkcə naşükür gürcülərdədimi?
02.04.2016, 10:27
207 baxış
Zahid Səfəroğlu
Çörəyimizin çatmayan “duzu”