Medianews.az
11 ayda xaricə getmiş Azərbaycan vətəndaşlarının sayı -
145 baxış

11 ayda xaricə getmiş Azərbaycan vətəndaşlarının sayı - Rəqəmlər açıqlandı

Dövlət Sərhəd Xidmətinin hesabatına görə, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 189 ölkədən 2 milyon 364 min nəfər əcnəbi gəlib.

Medianews.az xəbər verir ki, onların 24,2 faizi Rusiya, 17,6 faizi Türkiyə, 8,1 faizi İran, 6,4 faizi Hindistan, 4,3 faizi Gürcüstan, 4,2 faizi Səudiyyə Ərəbistanı, 4,1 faizi Qazaxıstan, 3,5 faizi Pakistan, 2,6 faizi Çin, 2,5 faizi İsrail, 2,4 faizi Özbəkistan, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,5 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, qalanı başqa ölkələrin vətəndaşı kimi qeydə alınıb.

11 ayda xaricə getmiş Azərbaycan vətəndaşlarının sayı 1 milyon 947 nəfər göstərilir. Onların 41,6 faizinin Türkiyəyə, 14,4 faizinin Rusiyaya, 10,8 faizinin Gürcüstana, 9,5 faizinin İrana, qalanının başqa ölkələrə üz tutduğu bildirilir.

Medianews.az

Bizə qoşulun