Medianews.az
“Uşaqlarımla televizora baxmağa utanıram, başlarını qatıram ki, izləməsinlər” -
173 baxış

“Uşaqlarımla televizora baxmağa utanıram, başlarını qatıram ki, izləməsinlər” - “Asif, Vasif, Ağasif” filminin ASİFİ - FOTO

“Bu gün əslində film çəkmək o qədər də çətin deyil. Çünki köhnə rejissorlar kinomuzun əsasını qoyublar, indi sadəcə işləyən beyinlər olmalıdır ki, nəsə ərsəyə gətirə bilsin. “Asif, Vasif, Ağasif” filmi ilə 3 nəsil böyüdü. Ailə dəyərləri, uşaqlara diqqət və qayğı, böyüklərə hörmət bu filmin əsas sujet xəttini təşkil edir. Rasim İsmayılov və onun həyat yoldaşı Nadejda İsmayılova bu filmin ssenarisini öz həyatlarına uyğun yazmışdılar. Rasim müəllimgili 4 qardaş olublar. Düzdü, filmdə ancaq 3 qardaşı bir araya yığa biliblər. İndi çox təəssüf ki, bu cür filmlər çəkilmir. İndiki zamanda bu çox vacib məqamdır. Ya tələbat başqadır, ya dövr dəyişib. Bunları televizorda görə bilmirik. Azərbaycan kanallarını heç izləyə bilmirəm. Maraqlı bir şey yoxdur. Yaxud da ailəmlə, həyat yoldaşımla oturub hansısa filmə baxa bilmirik. Ona görə də xarici ölkələrin istehsal etdiyi filmlərə üz tuturuq”.

Bunu Medianews.az-a açıqlamasında “Asif, Vasif, Ağasif” filminin Asifi Emil Pənahov deyib.

O bildirib ki, istedadlı gənclər yetişir:

“Əslində istedadlı uşaqlar çoxdur. Sadəcə bir insan lazımdır ki, üzərinə böyük məsuliyyət götürsün və onları ortalığa çıxarsın. Ümid edirəm ki, nə vaxtsa belə bir şəxs ortaya çıxacaq. İndiki uşaqların bir-biri ilə etdiyi zarafatlara baxın, bir də bizim nəsil uşaqlara baxın.. Görün nə qədər fərq var? Biz o filmlərdəki zarafatlarla böyümüşük. Filmin özü böyük təbliğat deməkdir. İndiyə qədər həmin filmlərin sitatları dilimizdə əzbərdir. İndi elə bir film ortaya çıxmır ki, o filmin sitatları ilə bir-birimizlə zarafatlaşaq, dilimizdə əzbər olsun. Uşaq evdə tərbiyə alır, istəyirsən ki, o bəşəriyyətdən də qidalansın, özünə örnək götürsün. Bu yoxdur hazırda. Övladlarıma deyirəm ki, ona baxma, buna baxma, o kanalı çevir, bu birini söndür. Uşağın başını qatmağa çalışırıq ki, televizoru işləməsin. Çünki orada təbliğ olunanlar doğru-dürüst mövzular deyil. Adam utanır”.

Əli Əsgər,

Medianews.az

Bizə qoşulun