Medianews.az
“TikTok”un ABŞ-dəki biznesi satılır
47 baxış

“TikTok”un ABŞ-dəki biznesi satılır

TikTok” platformasının sahibi olan Çinin “Bytedance şirkəti TikTokun ABŞ-dakı biznesinin 80 faizini amerikalı və beynəlxalq investorlara satır. Bu razılaşma qısa video tətbiqinin ABŞ-da gələcəyi ilə bağlı illərlə davam edən qeyri-müəyyənliyə son qoyur.

Medianews.az xəbər verir ki, Bytedance aparıcı üç investorla ABŞ-nin “Oracle, Silver Lake şirkətləri  Birləşmiş Ərəb Əmirliklərində yerləşən MGX şirkəti ilə məcburi qüvvəyə malik sazişlər imzalayıb. Bu üç investor yeni birgə müəssisə yaradacaq.

ABŞ-də “TikTok”un 170 milyondan çox istifadəçisi var. Baş verənlərin TikTokun ABŞ-dən kənardakı fəaliyyətinə təsir göstərəcəyi gözlənilmir.

Məsələnin kökündə ABŞ-ın keçmiş Prezidenti Co Baydenin dövründə qəbul edilmiş qanun dayanır. Həmin qanun Bytedancei tətbiq mağazalarından çıxarılmanın qarşısını almaq üçün TikTokun ABŞ-dəki biznesini satmağa məcbur edir. Vaşinqton bu qərarı milli təhlükəsizlik maraqları ilə əsaslandırmışdı. TikTokda Çin təbliğatının yayılması və ya ABŞ istifadəçilərinin məlumatlarının izlənməsi ehtimalı ilə bağlı narahatlıqlar mövcud idi.

Qanuna əsasən, TikTok ən geci 19 yanvar 2025-ci ilədək Bytedancedən ayrılmalı idi. Lakin Baydenin varisi Donald Tramp yanvar ayında vəzifəsinin icrasına başlayan kimi qanunun tətbiqini dayandırdı və müddəti bir neçə dəfə uzatdı.

Medianews.az

Bizə qoşulun