Medianews.az
Avro, lirə, rubl və larinin ən bahalı günləri
590 baxış

Avro, lirə, rubl və larinin ən bahalı günləri

2015-2017-ci illərdə Azərbaycanda rəsmi kursu 0,7844 manatdan 1,7001 manata yüksələn ABŞ dolları 2018-ci il martın 7-dən banklara 1,7 manata satılır. Başqa xarici valyutaların məzənnələri müntəzəm yenilənir.

Medianews.az bildirir ki, 2025-ci ilin yanvar-oktyabr aylarında avronun ən yüksək rəsmi kursu sentyabrın 17-də qeydə alınıb: 2,0154 manat.

Türkiyə lirəsinin yuxarı məzənnəsi 8-10 yanvara düşüb: 0,0481 manat.

100 Rusiya rublunun maksimum kursu mayın 30-na təsadüf edib: 2,2033 manat.

Gürcüstan larisinin zirvəsi avqustun 29-da rəsmiləşib: 0,6320 manat.

Məzənnələr valyuta hərracları ilə tənzimlənir. Mərkəzi Bankın 2025-ci ilin yanvar-sentyabr aylarında keçirdiyi valyuta hərraclarında Dövlət Neft Fondundan 4 milyard 350,3 milyon ABŞ dolları məbləğində vəsait alınıb. Analoji satış həcmi 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard, 2021-ci ildə 6,7 milyard, 2022-ci ildə 4,7 milyard, 2023-cü ildə 2,7 milyard, 2024-cü ildə 7,1 milyard dollar göstərilib.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun