Medianews.az
82 yaşlı məşhur müğənni
77 baxış

82 yaşlı məşhur müğənni təcavüzdə ittiham olunur

İspaniyalı məşhur müğənni Xulio İqlesias cinsi təcavüz və zorakılıqda ittiham olunur.

Qafqazinfo xəbər verir ki, 82 yaşlı müğənniyə qarşı bu ittihamlarla bir vaxtlar onun malikanələrində işləyən iki qadın çıxış edib. 

Qəzetin məlumatına görə, sözügedən hadisələr 2021-ci ildə ifaçının Dominikan Respublikasındakı və Baham adalarındakı evlərində baş verib. Qadınlardan biri xadimə, digəri isə fizioterapevt olub.

Hələlik nə müğənni, nə də onun vəkili nəşrin bu iddialarla bağlı suallarına cavab verib. 

Qeyd edək ki, Xulio İqlesias kommersiya baxımından ən uğurlu ispandilli ifaçılardan biridir. Rəsmi məlumata görə, müğənninin səkkiz övladı var. Onlardan biri də məşhur müğənni Enrike İqlesiasdir. 

Bizə qoşulun