Xəbər verdiyimiz kimi, Türkiyənin tanınmış aktyoru Oktay Kaynarca narkotik maddələrlə bağlı ittihamla saxlanılıb.
Medianews.az-ın məlumatına görə, hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat zamanı Kaynarcanın adı narkotik işi üzrə istintaqda hallanıb və o, saxlanılaraq istintaqa cəlb edilib. Hazırda faktla bağlı araşdırmalar davam edir.
Maraqlıdır ki, Oktay Kaynarca uzun illər rol aldığı və böyük tamaşaçı kütləsi qazanan “Eşkiya Dünyaya Hükümdar Olmaz” serialında da narkotik ittihamı ilə bağlı diqqətçəkən bir səhnədə yer almışdı. Həmin səhnədə onun canlandırdığı obrazın narkotik alveri ilə əlaqələndirilməsi və hüquqi proseslə üz-üzə qalması tamaşaçılar arasında geniş müzakirələrə səbəb olmuşdu.
İndi isə serialdakı bu səhnənin real həyatda təkrarlanması sosial şəbəkələrdə böyük rezonans doğurub. Bir çox istifadəçi “serialdakı səhnə gerçəyə çevrildi” şərhləri ilə hadisəni müzakirə edir.
Qeyd edək ki, Oktay Kaynarca məsələyə hələlik rəsmi münasibət bildirməyib. İstintaqın nəticələri və rəsmi açıqlamalar yaxın saatlarda gözlənilir.
Medianews.az