Medianews.az
2026-2027 mövsümünün ilkin sxemi -
125 baxış

2026-2027 mövsümünün ilkin sxemi - EKSKLÜZİV

UEFA-nın klub turnirlərinin 2026-2027 mövsümünün ilkin sxemi açıqlanıb.

Medianews.az bildirir ki, Çempionlar Liqasına 84, Avropa Liqasına 46, Konfrans Liqasına 113 komandanın buraxılması nəzərdə tutulur.

Hər üç turnirdə dörd təsnifat mərhələsi var. Çempionlar Liqasının birinci mərhələsində ələnənlər Konfrans Liqasına, qalan mərhələlərində ələnənlər Avropa Liqasına köçəcək, Avropa Liqası təsnifatlarında ələnənlər Konfrans Liqasına adlayacaq.

Azərbaycan çempionunun Çempionlar Liqasına birinci mərhələdən, ölkə kubokunun sahibinin Avropa Liqasına birinci mərhələdən, bürünc mükafatçının Konfrans Liqasına birinci, gümüş mükafatçının ikinci mərhələdən başlaması gözlənir.

Reqlamentə görə, 36 komandalıq liqa mərhələlərində ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala çıxacaq.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun