Medianews.az
Komadakı qadın orqanları çıxarılmadan <span style=color:red>bir neçə dəqiqə əvvəl ayıldı - FOTO
169 baxış

Komadakı qadın orqanları çıxarılmadan bir neçə dəqiqə əvvəl ayıldı - FOTO

ABŞ-də baş verən hadisə böyük səs-küyə səbəb olub. Komada olan qadın orqanları çıxarılmadan bir necə dəqiqə əvvəl ayılıb. Medianews.az xarici mediaya istinadən xəbər ki, hadisə ABŞ-nin Nyu-Meksiko ştatında baş verib. 2022-ci ildə naməlum səbəbdən komaya düşən 38 yaşlı Danella Qaleyos, Albuquerquedə yerləşən Presbyterian xəstəxanasında müalicə olunurdu. Həkimlər onun yaşama şansının olmadığını bildirərək ailəsinə orqanlarının bağışlanması təklifini veriblər. Ailə də bu təklifi qəbul edib və orqan transplantasiyası prosesi başladılıb. Əməliyyat günü yaxınlaşdıqda Danellanın ailəsi onun gözlərinin dolduğunu və əlini sıxdıqda reaksiya verdiyini görüb. Tibb personalı da qadının göz qırpdığını müşahidə edərək vəziyyəti orqan bağışı koordinatoruna bildirib. İddialara görə, koordinator həkimlərə “Morfin verib davam edin” deyib. Lakin həkimlər bu əmri yerinə yetirməkdən imtina edərək əməliyyatı dayandırıblar. Qısa müddət sonra Danella tam ayılıb və sağalaraq həyata qayıdıb. Hadisədən sonra ailə xəstəxananı və donor təşkilatını məsuliyyətsizlikdə ittiham edərək onlara qarşı hüquqi addımlar atıb. Xəstəxananın bir tibb bacısının “Onların tək dərdi orqan tapmaqdır. Çox təzyiq edirlər. Bu, iyrəncdir” sözləri məsuliyyətsizliyi bir daha təsdiqləyib. Danella Qaleyos yaşadıqlarını belə xatırlayır: “Özümü çox şanslı hiss edirəm. Komada olarkən qorxu hiss etdim, amma çox şey yadımda deyil. Hər şey az qala fərqli bitəcəkdi.” Medianews.az

Bizə qoşulun