Medianews.az
Kriştianu Ronaldunun oğlu ilk kuboku ilə <span style=color:red>Messisayağı şəkil paylaşdı
140 baxış

Kriştianu Ronaldunun oğlu ilk kuboku ilə Messisayağı şəkil paylaşdı

"Qızıl top"un beşqat sahibi Kriştianu Ronaldunun oğlu, Junior Kriştianu Portuqaliya millisində qazandığı ilk kubokun fotosunu Messisayağı paylaşıb. Oxu.Az xəbər verir ki, 14 yaşlı futbolçu bir müddət əvvəl ilk dəfə Portuqaliyanın 15 yaşadək futbolçulardan ibarət komandasına çağırılıb. Milli beynəlxalq turnirin finalında Xorvatiyadan olan həmyaşıdları ilə qarşılaşıb. Oyun portuqaliyalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Kriştianu matçın 13 və 44-cü dəqiqələrində fərqlənib. Qeyd edək ki, "Real Madrid"in skautları 14 yaşlı futbolçunun Portuqaliya yığmasında debüt oyununu izləyiblər.

Bizə qoşulun