14.03.2025, 15:18
220 baxış
Nailə
Adını UEFA Avropa Liqasının tarixinə yazdırdı
"Mançester Yunayted"in hücumameyilli yarımmüdafiəçisi Bruno Fernandes Avropa Liqasının 1/8 final mərhələsinin "Real Sosyedad"la cavab oyununda penaltidən iki qol vurub.
Medianews.az oxu.az-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu bu turnirdə artıq 10-cu dəfə penaltini dəqiq yerinə yetirib ki, bununla da turnirin tarixinə düşüb.
Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi müxtəlif klubların heyətində Avropa Liqasında ümumilikdə 53 matçda iştirak edib.
Paylaş: