Medianews.az
Vitse-prezidentlə jurnalistlər arasında <span style=color:red>QALMAQAL
262 baxış

Vitse-prezidentlə jurnalistlər arasında QALMAQAL

ABŞ-ın vitse-prezidenti Cey Di Vens onunla müsahibə dərc etmiş "The Wall Street Journal" qəzetini sərt tənqid edib. Medianews.az xəbər verir ki, vitse-prezident fikirlərinin təhrif olunduğunu bildirib. Qəzetin yazdığına görə, müsahibəsində Vens deyib ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə sülh müqaviləsi bağlamasa, ABŞ öz qoşunlarının Ukraynaya göndərilməsinə icazə verəcək. Lakin müsahibə dərc olunandan sonra Vens "X" sosial şəbəkəsində yazıb: "Müharibə Rusiya ilə Ukrayna arasında gedir. Biz isə həmişə söyləmişik ki, ABŞ qüvvələri heç vaxt Amerika maraqlarının, təhlükəsizliyinin təmin olunmadığı yerlərə zərər vurmamalıdır. Vitse-prezident onu da qeyd edib ki, "The Wall Street Journal" nəşri sözlərimi təhrif edib. Lakin bu heç təəccüblü də deyil. Çünki onlar illərdir Amerikanın oğul-qızlarının əyninə hərbi forma geyindirib xarici ölkələrə göndərməyə çalışanların cərgəsindədirlər”. "The Wall Street Journal" isə Di Vensin fikirlərinin təhrif olunmadığını bəyan edib. Qəzetin iddiasına görə, vitse-prezident Cey Di Vens həqiqətən deyib ki, Moskva Kiyev ilə danışıqlara başlamasa, eləcə də danışıqlar aparacağı təqdirdə onun sülhə gətirməsinə imkan verməsə, ABŞ öz qoşunlarının Ukraynaya göndərilməsi variantını masaya qoymalı olacaq.

Bizə qoşulun