Türkiyənin İstanbul şəhərində Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar tədbir təşkil olunub.
Anspress-in verdiyi xəbərə görə, şəhərin Ortaköy rayonunda keçirilən tədbir Avropa Azərbaycan Təşkilatı tərəfindən təşkil olunub.
Məlumata görə, tədbir zamanı 613 Xocalı şəhidinin adının yazıldığı şarlar İstanbul boğazından havaya uçurulub.
Bu çərçivədə “Natiq” ritm qrupunun ifasında keçirilən konsert tədbir iştirakçılarını riqqətə gətirib.
Xocalı faciəsi zamanı 8 yaşında olan soyqırımının canlı şahidinin çıxışı isə iştirakçıları göz yaşlarına boğub.
Qeyd edək ki, havanın soyuq və yağıntılı olmasına baxmayaraq tədbirdə yüzlərlə insan iştirak edib.
26.02.2014, 12:11
378 baxış
TURAN
613 Xocalı şəhidinin adı İstanbul səmasında - VİDEO