Ümumi praktikant Rob Qalloueay özünü daha yaxşı hiss etmək üçün qəhvə içmək və səhər yeməyi yemək üçün ən yaxşı vaxtı açıqlayıb.
Medianews.az xəbər verir ki, həkim ilk fincan qəhvə üçün ideal vaxtı oyandıqdan təxminən 25-30 dəqiqə sonra adlandırıb.
O deyir ki, yataqdan qalxdıqdan sonra bir stəkan su içir, dişlərini fırçalayır, on dəqiqəlik yüngül məşq edir və sonra özünə bir fincan qəhvə tökür.
Mütəxəssis iddia edir ki, bir fincan qəhvədən sonra 30 dəqiqəlik kardio məşqləri etmək üçün kifayət qədər enerjili olur. Daha sonra duş qəbul edir və yalnız bir saat sonra səhər yeməyi yeyir.
Medianews.az